Kanye Vest

Kanye Vest
ing. Kanye West
Vest 2009-cu ilin aprelində
Vest 2009-cu ilin aprelində
Ümumi məlumatlar
Doğum adı Kanye Omari West[3]
Ləqəbi
  • Ye
  • Yeezus
  • Saint Pablo
  • Yeezy
  • Louis Vuitton Don
Doğum tarixi 8 iyun 1977(1977-06-08)[1][2] (46 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı
Uşaqları
Anası Donda Vest[d]
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, müğənni, mahnı yazarı[d], musiqi prodüseri, iş adamı, qastronomçu, aktyor, dəb dizayneri, incəsənət xadimi, memar, siyasətçi
Fəaliyyət illəri 1996-cı ildən
Janrlar alternativ hip-hop, proqressiv rep[d], pop musiqisi, art pop, qospel, pop rep[d], hip-hop[d]
Musiqi alətləri sempler[d], klavişli alət[d], zərb aləti maşını[d]
Albom şirkətləri GOOD Music[d], Roc-A-Fella Records[d], Def Jam Recordings[d]
Təhsili
  • Amerika İncəsənət Akademiyası[d] (19951995),
  • Polaris məktəbi[d]
Elmi dərəcəsi
İmzanın şəkli
kanyewest.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ye (tam adı: Kanye Omari West; 8 iyun 1977[1][2], Atlanta, Corciya) — amerikalı repçi, müğənni, mahnı müəllifi, prodüser və dəb dizayneri.[5][6][7]

Atlanta şəhərində doğulub, Çikaqoda böyüyən Kanye Vest 2000-ci illərin əvvəllərində Roc-A-Fella Records səsyazma şirkətində gördüyü prodüserlik işləri ilə məşhurlaşmağa başlayıb.[8][9] O, müxtəlif sənətçilərin sinqlları üçün prodüserlik etmiş, həm də "chipmunk soul" sempl üslubunu təkmilləşdirmişdir. Kanye 2004-cü ildə GOOD Music səsyazma şirkətini təsis edir. Onun buraxdığı ilk altı studiya albomu Rolling Stone tərəfindən 2020-ci ildə tərtib edilmiş "Bütün zamanların ən möhtəşəm 500 albomu" siyahısına daxil edilmişdir. Kanye bir çox sənətçi ilə ortaq albom hazırlamışdır – Jay-Z ilə "Watch the Throne" (2011), Kid Cudi ilə "Kids See Ghosts" (2018) və nəhayət Ty Dolla Sign ilə "Vultures 1" (2024)

Dünyanın ən çox musiqi satışı həyata keçirən musiqiçilərindən biri olan Kanye, 160 milyondan çox səsyazma satmağa nail olmuşdur. Kanye 24 "Qremmi" qalibi olmuş, 75 dəfə namizədlik əldə etmiş, həm də Jay-Z ilə birlikdə ən çox mükafat qazanan repçilərdən biri olmuşdur.[10][11] Time jurnalı onu 2005 və 2015-ci illərdə "100 ən nüfuzlu" insanlardan biri adına layiq görüb. Dəb dizayneri kimi Kanye, Nike, Louis Vuitton, Gap, A.P.C. moda markaları ilə tərəfdaşlıq etmişdir. O, Adidas ilə birlikdə Yeezy ayaqqabılarını təqdim etmişdir. Kanye eləcə də Donda məzmun şirkətinin əsasını qoyub.

Kanye Vestin açıq sözlü fikirləri medianın böyük marağına səbəb olmuşdur. O, sosial mediada, mükafat mərasimlərində və ictimai yerlərdə çoxsaylı qalmaqallara səbəb olub.[12] Kanye musiqi və moda sənayesi, ABŞ siyasəti, irq və köləlik haqqında mübahisəli fikirlər bildirib. Onun xristian inancı, Kim Kardaşyanla evliliyi və psixi sağlamlığı medianın diqqət mərkəzində olub.[13][14] 2020-ci ildə Kanye prezidentlik üçün namizədliyini irəli sürüb. Bununla belə, 2022-ci ildə o, geniş qınaqla üzləşib və antisemitist bəyanatlar verdikdən sonra Adidas, Gap və Balenciaga kimi böyük markalardan tərəfdaşlığını itirib.[15][16] 2022-ci ilin noyabrında o, 2024-cü il prezident seçkilərində namizəd olacağını bəyan edib və Nik Fuentes adlı ağ irqçi ilə ictimaiyyətə görünüb. Kanye Vest hətta Adolf Hitleri tərfiləyib, Holokostu inkar edib[17][18] və özünü nasist kimi qələmə verib, bu da mübahisələri daha da artırıb.

  1. 1 2 Kanye West // GeneaStar.
  2. 1 2 Kanye West // Roglo. 1997.
  3. Kanye West // Twitter (ing.). X Corp., 2006.
  4. https://web.archive.org/web/20181002020155/https://abc7chicago.com/education/kanye-west-receives-honorary-doctorate-in-chicago/714844/.
  5. "New music review: Kanye West goes gospel with mixed results". Star Tribune. May 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 24, 2021.
  6. "The Year in Christian & Gospel Charts 2019: Kanye West Is Top Gospel Artist". Billboard (ingilis). May 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 24, 2021.
  7. "Kanye West Biography (1977–)". Biography.com. 2020. July 23, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 27, 2020.
  8. Davis, Kimberly. "The Many Faces of Kanye West". Ebony. June 2004. səh. 92. March 2, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 19, 2007.
  9. Tyrangiel, Josh. "Why You Can't Ignore Kanye". Time. August 21, 2005. April 1, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 7, 2007.
  10. Ellie Abraham, Ellie. "Kanye West is rumoured to be dropping a new album this week – but not everyone's convinced". The Independent. July 19, 2021. July 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 19, 2021.
  11. "100 Greatest Songwriters of All Time". Rolling Stone. August 13, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 24, 2020.
  12. "Instagram Restricts Kanye West's Account and Deletes Content for Violating Policies". The Hollywood Reporter. October 8, 2022. October 9, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 9, 2022.
  13. Graham, Ruth. "Evangelicals Are Extremely Excited About Kanye's Jesus Is King". Slate (ingilis). October 28, 2019. October 29, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 29, 2019.
  14. Schaffstall, Katherine. "Kanye West Unveils New 'Jesus Is King' Album; Talks "Cancel Culture" and "Christian Innovation"". The Hollywood Reporter. October 25, 2019. October 29, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 29, 2019.
  15. "Adidas cuts ties with rapper Kanye West over anti-Semitism". BBC News. October 26, 2022. December 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 26, 2022.
  16. D'Zurilla, Christie. "Kanye West's hits keep coming: Here are the companies that have cut ties with him". Los Angeles Times. October 26, 2022. November 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 22, 2022.
  17. Limbong, Andrew. "Ye says 'I see good things about Hitler' on conspiracy theorist Alex Jones' show". NPR (ingilis). 2022-12-02. 2022-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-03.
  18. Bort, Nikki McCann Ramirez, Ryan; Ramirez, Nikki McCann; Bort, Ryan. "Kanye to Alex Jones: 'I Like Hitler'". Rolling Stone (ingilis). 2022-12-01. 2022-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-03.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search